Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin “Hibrid müharibəsinin Allahını” Türkiyəyə göndərdi – HÜCUM BAŞLANIR

16-12-2017, 15:23   

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Maksim Gerasimov Ankarada səfərdədir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah idarəsinin açıqlamasında deyilir.

Kulislərdən sızan məlumata görə, Akarla Gerasimovun görüşündə İdlib əməliyyatı və Afrinin PKK/PYD-dən təmizlənməsi müzakirə olunub.

Digər iddiaya görə, Rusiya ilə Türkiyə Afrin məsələsində razılıq əldə edib. Razılaşmaya görə, PYD Rusiyanın nəzarəti ilə geri çəkilir, bundan sonra bölgə türk əsgərlərinin nəzarətinə keçir.

Qeyd edək ki, Qərb mediası Gerasimovu “Hibrid müharibəsinin Allahı” adlandırır və Rusiyanın bütün hücum planlarının onun tərəfindən hazırlandığını iddia edir.

Türkiyə ordusu Afrinə hücum üçün son hazırlıqlarını həyata keçirirlər. Türkiyə mediası iddia edir ki, hücum hazırlığı başa çatıb və Gerasimovun Ankarada son müzakirələrindən sonra əməliyyat başlanacaq.
Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar