Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ölüm-dirim savaşı BAŞLAYIR - Ərdoğan anons VERMİŞDİ

20-12-2017, 19:42   


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “bir gecə gözlənilmədən gələ bilərik” deyərək anonsunu verdiyi Afrin əməliyyatına hazırlıq davam edir.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün Türkiyə-Suriya sərhədinə canlı qüvvə və hərbi texnikanın növbəti partiyası göndərilib.
Son günlər Afrin istiqamətində kəşfiyyat məlumatlarının toplanması prosesi sürətlənib. Sərhəd xəttindəki ordu bölmələrində Afrində YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) qarşı keçirilməsi planlaşdırılan əməliyyat üçün “Hazır olun!” təlimatı verilib.
Kəşfiyyat mənbələrinə görə, ABŞ-ın təchizatı ilə Afrində böyük miqdarda silah toplayan YPG rəhbərliyi döyüşçüləri “böyük müharibəyə hazırlıq” üçün motivasiya edir. Türkiyənin Afrin əməliyyatının təşkilat üçün “ölüm-dirim savaşı” olacağı bildirilir.
2015-ci ildə Suriya ilə sərhəddə inşası başlayan təhlükəsizlik duvarı Afrin yaxınlığında götürülüb.Türkiyə Silahlı Qüvvələrinin Bolu 2-ci Komanda Briqadasının 30 hərbi texnikası dəmir yolu ilə Hatayın İskənderun mahalına gətirilib. Hərbi təchizatın davam etdiriləcəyi gözlənilir. Bu, əməliyyatın yaxın günlərdə başlayacağını deməyə əsas verir.
Ömər Dağlı



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar