Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Səkkiz dəfə onlarla görüşüb” - İranlı nüvə alimlərinin ölümündəki ŞOK SİRR

25-12-2017, 18:59   

İran hakimiyyəti İsrailin xüsusi xidmət orqanı olan MOSSAD-la əməkdaşlıqda ittiham olunan Əhməd Rza Cəlali barəsində ölüm hökmünü təsdiq edib.
Publika.az xəbər verir ki, bu haqda “Tasnim” agentliyi yazıb.
Daha əvvəl İranın IRIB telekanalının dərc etdiyi videoda onun İsrail xüsusi xidmət orqanları ilə əlaqələri və nüvə sahəsində çalışan iranlı alimlər barəsində onlara informasiya ötürməsindən bəhs edilir. Bu alimlərin bəzilərinin sonradan öldürüldüyü bildirilir.
Tehranın baş prokuroru Abbas Cəfəri Calali ilə son görüşün məzmunu haqqında danışıb. Prokurorun sözlərinə görə, Cəlali xarici kəşfiyyat orqanları ilə 8 dəfə görüşdüyünü etiraf edib.
“Bu məhbus, Atom Energetikası Təşkilatı və Müdafiə Nazirliyinin layihələri haqqında informasiyadan başqa, bu qurumların bəzi rəhbərləri barədə informasiyaları MOSSAD-a verib”, - prokuror deyib.
Qeyd edək ki, İranda son illərdə bir neçə nüvə fiziki öldürülüb.
2012-ci ilin yanvarında Tehranda avtomobilin partladılması nəticəsində Mustafa Əhmədi Roşan həlak olub. O, Natanz şəhərində yerləşən uranın zənginləşdirilməsi üzrə müəssisənin direktor müavi postunu tuturdu.
2010-cu ilin noyabrında İran paytaxtında partlayış nəticəsində Şahid Beheşti adına Tibb Universitetinin müəllimi həlak olub, onun həmkarı Fereydun Abbasi və hər iki alimin həyat yoldaşı yaralanıb.
2010-cu ilin əvvəlində Tehran Universitetinin professoru, nüvə sahəsindən İranın aparıcı alimlərindən olan Məsud Əli Məhəmmədi minalanmış motosiklin partladılması nəticəsində həlak olub.
Ömər
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar