![](/uploads/posts/2017-12/thumbs/1514217318_1514215634_qosqar.jpg)
Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib.
Cumhuriyyet.net-in məlumatına görə, dövlət başçısının müvafiq sərəncamına əsasən, Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.
Qeyd edək ki, bu il noyabrın 13-də prezidentin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi təsis olunub.
Qoşqar Təhməzli kimdir?
Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunu olan Q. Təhməzli Tibb elmləri üzrə fəlsəfə doktorudur.
Yeni Agentliyin sədri 2006-cı ildə fəaliyyətə başlamış “Medeks” şirkətinin rəhbəridir. O, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bu il iyunun 16-da prezidentin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib.