Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilsinlər:
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.