![](/uploads/posts/2017-12/thumbs/1514281159_rehim-qaziyev.jpg)
Ötən gecə saxlanılan sabiq müdafiə naziri Rəhim Qazıyevdən hələ də xəbər yoxdur. Bu barədə Criminla.az saytına onun qardaşı Rahib Qazıyev məlumat verib.
Onun sözlərinə görə, dünən gecə qardaşı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən tutulduğu deyilirdi. Hətta növbətçi hissədən Çingiz adlı polis zabiti ''narahat olmayın, Rəhim Qazıyev burdadır, sabah saat 10-da gəlin'' desə də, bu gün qardaşımın həmin bölmədə olmadığı deyilir. Hazırda R.Qazıyevin harada saxlanıldığı gizlədilir.
Hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.
Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub