Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dövlət gözlə deyir, 25 ildir gözləyirik... ''bazar arvadları'' deyirlər bizə - ETİRAZ

26-12-2017, 23:00   
Dövlət gözlə deyir, 25 ildir gözləyirik... ''bazar arvadları'' deyirlər bizə - ETİRAZ

Qaçqınların və Məcburi Köçkünlərin iş üzrə aidiyyatı qurumların məsuliyyətli şəxslərini tapıb 25 ildir dərdini deyə bilməyən məcburi köçkün ailəsi Reportyor.org-a danışdı. Acınacaqlı durumda olan ailə başçısı bir neçə ailənin eyni tualet hamamdan istifadə etməsindən narazılığını bildirib. Bundan əlavə olaraq qeyd edirlər ki 11 ailə üzvləri etiraz səslərin çıxardıblar. Ölkə rəhbərindən razıyıq yerli məmurlar bizə Prezidentimizin verdiyi qayğını çatdırmır.

Daha sonra şəhid bacısı bildirib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onun şəhidi təhqir edilib. Şəhid bacısı sual edir mənim erməni tapdağında qalan şəhidimin məzarına gül dəstəsi qoya bilmirəm, bu məmurlar niyə şəhidimi təhqir edir?

Dəfələrlə Xətai rayon İcra Hakimiyyətinə getsək də, bizi təhqir edirlər ''bazar arvadları'' deyirlər.Kimə deyək sözümüzü bilmirik birdəfəlik silahı alıb qırsınlar bizi işimizi bilək.Bu vəziyyətdə yaşamaqdan onsuz da, bezmişik.
[media=https://www.youtube.com/watch?v=CCxayZ0zBpw]
Reportyor.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar