Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Çilingəryan vurulur, ona köməyə gələn baş leytenant və sürücü də qurğuşun payını alır...

8-01-2018, 16:29   

Erməni tərəfi təmas xəttinin Tərtər-Ağdərə istiqamətində, Qapanlı və Seysulan kəndləri yaxınlığında baş vermiş atışma barədə yeni məlumatlar dərc edib.

Məlumatda deyilir ki, yanvarın 7-də saat 13.20-də erməni ordusunun hərbi qulluqçusu Vaçe Çilingəryan ölümcül güllə yarası alıb. Bunu görən baş leytenant E.Musinyan və sürücü, müddətdən artıq hərbi xidmət keçən D.Vanyan əsgərə köməyə qaçıblar. Lakin onlar da öz qurğuşun paylarını alaraq yerə yıxılıblar. Erməni tərəfi yaralıların vəziyyətinin “kafi” olduğunu bildirir.

Azərbaycan Müdafiə Nazirliyi hələlik insidenti şərh etməyib.

***15:28

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təxribata cəhd edən Ermənistan ordusunun iki hərbçisi yaralanıb.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.



Xatırladaq ki, işğalçı Ermənistan ordusu Qarabağda itki verib. Dünən saat 13:20 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər 1998-ci il təvəllüdlü Vaçe Nver Çilinqaryan məhv edilib.

* * *11:18

Qondarma “dqr müdafiə nazirliyi” təmas xəttinin şimal-şərq istiqamətində erməni silahlı birləşmələrinin itki verdiyini açıqlayıb.

Məlumata görə təmas xəttinin həmin səmtində 1998-ci ildə anadan olmuş hərbi qulluqçu Vaçe Çilingəryan ölümcül güllə yarası alıb. Düşmən tərəf atəşin “Azərbaycan ordusunun mövqelərindən açıldığını” bildirir.

Qeyd edək ki, bundan əvvəl dəfələrlə işğalçı erməni qüvvələrinin sıralarında əsgərlərin bir-birini gülləməsi faktları Azərbaycan tərəfinin açdığı atəşlə baş vermiş əsgər ölümləri kimi rəsmiləşdirilib, lakin daha sonra bu faktların üstü açılıb.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar