Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakı çörəkləri Sumqayıtda niyə mağazalarda deyil yolda satılır?

8-01-2018, 20:32   


"Bir həftədir ki, bizi incidirlər, sıxırlar. Tələb edirlər ki, Sumqayıta "Binə” çörəyi verməyin”.

Bakıdakı "Binə” çörək zavodunun satıcısı, hər gün səhər paytaxtdan Sumqayıtdakı dükanlara, ictimai iaşə müəssisələrinə çörək daşıyan Sədayıl Babazadə belə deyir.

Onun bildirməsinə görə, Bakıdan Sumqayıta gətirilən çörəklərə "post” qoymağa başlayıblar.

"Bizi dükanlara buraxmırlar, deyirlər olmaz. Maşınlarımızı tutub cərimə meydançasına aparırlar. Bu gün, yanvarın 8-i yenə çörək gətirmişik, dükanlara getmişik. Deyirlər ki, qorxuruq, bizi sıxırlar, götürə bilmərik. Kim sıxır, niyə sıxır, bunu bizə açıq demirlər”, – satıcı deyir.

S. Babayevin sözlərinə görə, şəhərdə bəzi insanlar isə onların çörəklərini axtarır.

"Məcbur qalıb, maşından çörək satırıq”, ­­– S.Babazadə əlavə edir.

"Binə” çörək zavodunun başqa bir işçisi Fuad Sadıqov da onlara Sumqayıtda qadağa qoyulduğunu bildirir.

"Marketlərə gedirik, deyirlər ki, sizin çörək olmaz. Guya, icradan deyiblər. Marketin qabağında maşını saxlamaq da olmur, yol polisi gəlir, deyir, olmaz! Aparıb çörəklə dolu maşını cərimə meydançasına qoyurlar. Mən ac qalmalı deyiləm ki, mənim ailəmə də çörək lazımdır. İnsanlar məndən soruşurlar ki, marketlərə niyə çörək vermirsiniz?”

F.Sadıqov dolu maşını göstərib vurğulayır ki, çörəkləri heç bir market qəbul etmir.

"Halbuki, son günlərədək belə deyildi, rahatlıqla çörək qəbul edirdilər. Bütün qaydalara əməl edirik, əlcəklərdən istifadə edir, maşını təmiz saxlayırıq, çörəklərimiz də kağızda qablaşdırılıb. Bu gün 2200 çörək götürmüşəm, demək olar ki, hamısı maşındadır”, – deyən çörək satıcısı əlaqəli qurumların problemə əl qoyacağına ümid edir.

"Qoy yan-yana düzsünlər, alıcı özü seçsin. Elə deyilmi”?

Sumqayıt sakinlərindən bəziləri də narazılıqlarını bildirirlər. Özünü Cəmşid İsmayılov kimi təqdim edən sakin:

"Axı, niyə buraxmırlar? Qoy yan-yana düzsünlər, alıcı özü seçsin. Elə deyilmi?”

Başqa sakinlər də seçim imkanlarının əllərindən alındığını deyirlər:

"Biz müştəri olaraq bilmək istəyirik ki, "Binə” çörəyi Sumqayıt mağazalarına hansı əsasla buraxılmır?”

Ancaq market sahibləri bu mövzuda danışmaq istəmirlər.

Adının açıqlanmasını istəməyən bir market sahibləri isə iddia edir ki, onlara Bakıdan gətirilən çörəklərin satışa buraxılmaması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti xəbərdarlıq verib.


"Binə" çörəyi satıcıları Babazadə Sedail və Cəmşid İsmayılov (sağda). Sumqayıt. 8 yanvar 2018


İcra Hakimiyyəti nə deyir?

Bütün bu deyilənlərə Sumqayıt Şəhər İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Ancaq bəzi yerli saytlarda bu məsələ ilə bağlı İcra Hakimiyyətinin münasibəti əks edilib.

İcra hakimiyyətinin mətbuat xidmətindən bildirib ki, Sumqayıtda Bakıda istehsal olunan çörək satılır. Mətbuat xidmətindən bildirildiyinə görə, Bakı çörəyinə qadağa qoyulması ilə bağlı deyilənlər həqiqət deyil./criminalaz.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar