![](/uploads/posts/2018-01/thumbs/1515430369_59e7a284183561637e8b4567.jpg)
Çin xaricdə hərbi iştirakını genişləndirməyi, həmçinin Pakistanda hərbi-dəniz bazası qurmağı planlaşdırır. Bu barədə məlumatı "South China Morning Post" qəzeti Çin Xalq Azadlıq Ordusundakı mənbələrə istinadən yayıb. Diqqətçəkən məqam odur ki, Pekinin planları haqda informasiya Vaşinqtonla İslamabad arasında yaranmış son gərginlik fonunda üzə çıxıb. Belə ki, ABŞ prezidenti Donald Tramp Pakistanı növbəti dəfə terrorizmi dəstəkləməkdə ittiham edib. Dövlət Deparlamenti isə bu ölkənin təhlükəsizlik sahəsinə yardımı müvəqqəti dondurduğunu elan edib.
"South China Morning Post" yazır ki, 2016-cı ildə Cibutidə xaricdəki ilk hərbi-dəniz bazasını inşa etməyə (ABŞ və digər ölkələrin analoji bazalarının yanında) başlayan Çin bu dəfə bazanı liman şəhəri olan Qvadarda qurmaq istəyir. Qvadar həm də, strateji əhəmiyyəti olan şəhərdir.
Çin analitikləri deyir ki, Pakistan limanına daxil olan Çinin ticarət gəmiləri güc dəstəyinə ehtiyac duyur. Lakin mövcud mülki infrastruktur hərbi gəmilərin tələbatını ödəyə bilmir.
2017-ci ilin iyununda Pentaqon özünün illik hesabatında Çinin hərbi hazırlığına toxunarkən qeyd etmişdi ki, Pekin Pakistanda hərbi bazanın inşasına başlaya bilər. Sonradan rəsmi Pekin hesabatı tənqid etmiş, ölkənin Xarici İşlər Nazirliyi isə onu spekulyasiya adlandıraraq Vaşinqtonu faktları görməzdən gəlməkdə ittiham etmişdi.
Alternativ yol