Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İranda etirazlar niyə dayandı?- Nümayişçilərin öz dilindən - “Gözləyirik…”

9-01-2018, 11:33   


Dekabrın 28-dən başlayaraq İranda iqtisadi problemlər səbəbi ilə küçələrə çıxan vətəndaşlar xain damğası yeməmək üçün geri çəkildiklərini deyib. Görünən odur ki, İranda küçələrdən çəkilən etirazçılar mövcud vəziyyətin dəyişməsi üçün hökumətə vaxt veriblər. Ancaq hələ ki, ölkədə bahalaşma davam edir və hökumətin qısa zamanda problemləri həll etməsi vacibdir. Rəsmi Tehran isə qanunları yuşaldaraq vəziyyəti nəzarətdə saxlamaq istəyir.

Cebhe.info Türkiyə mətbuatına istinadən etiraz iştirakçılarının mitinqlər haqqında səsləndirdiyi fikirləri təqdim edir.

Küçələr sakit olsa da, qəzetlərin və televiziyaların gündəmində aksiyaların əks-sədaları hələ də davam edir. Küçələrdən çəkilən nümayişçilər rejimin dəyişməsi üçün hökumətə qısa bir zaman vermiş kimi görünür. Ancaq mitinqlərə qatılan 25-33 yaşlı gənclər məğlub görünsələr də hələ tam şəkildə geri çəkilməyib. Küçələrdən çəkilən gənclik problemlərin həll edilməsi üçün qısa zaman gözləyəcək. İran hökuməti etirazların qarşısını almaq üçün problemləri tez bir zamanda həll etməli və islahata getməlidir.

Ölkənin 29 şəhərində, hətta bölgələrdə başlayan aksiyalar hələlik səngimiş görünür. Ancaq küçələrdən çəkilən gənclər "xain" damğası yeməmək üçün çəkildiklərini bildirir. Təbrizli Firdovsi Murtazari "Şərtlər düzəlmədikcə, cəmiyyətin rahatlaşmayacaq. Gənclər işsizdir. Xain damğası yeməmək üçün gənclər küçələrdən çəkildi. Amma xalqın küçələrə çıxması üçün şərtlər hələ də olduğu kimidir”,-deyib.



Taksi sürücüsü Əli Rza Abbaspor isə deyir ki, iqtisadi durum yaxşı deyil: “İran xalqının işə, çörəyə ehtiyacı var. İqtisadi çətinliklər bizi və ailəmizi təzyiq altında saxlayır. Mənim 27 yaşlı qardaşım var. Ona “küçəyə çıxma” demədim. Xaricə getməsin deyə anam və atam hər gün danışır. Getməsini mən də istəmirəm, amma burada nə etsin? Bu suala heç birimizin cavabı yoxdur”.

Bazarda işəyən Dauruş Səhvini isə hər kəsin iqtisadi durumdan şikayətçi olduğunu bildirir: “Hamımız nüvə müzakirələrini gözlədik. Düşündük ki, sanksiyalar aradan qalxacaq. Xaricdəki pullarımız gələcək və işlərimizi yoluna qoyacağıq. Tramp gəldi və işlər daha da pisəlşdi. Tramp bütün Yaxın Şərq üçün bir fəlakətdir, amma bunun ən ağır hədəfi bizik. Hazırda satışlar yox deyiləcək qədər azalıb, amma valyuta ticarətimiz davam edir. Çünki xaricdə yaşayanların buradakı qohumlarına göndərdikləri pulla ayaqda qalan çox sayda ailə var. Hökumətdən gözləntilərimiz var. Problemləri yoluna qoymağımız lazımdır, həm də heç vaxt itirmədən. Yoxsa küçələrə çıxmaq üçün insanların çox səbəbi olacaq”.

Vilayət Muxtar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar