Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həbs olunan iş adamı “Lotu Quli”yə qarşı ifadə verib - Rusiya ''qanuni oğru'' mühakimə etmək istəyir

10-01-2018, 16:02   


"Qanuni oğru''nun Mütəşəkkil Cinayətkar Qruplaşmanın yaradılması üzrə cinayət işinin fiqurantı ola bilməsi istisna hal deyil.
Samara Regional Məhkəməsi oğru dünyasında Quli kimi tanınan Nadir Səlifovun həbsinə dair Rusiya İstintaq Kkomitəsinin regional istintaq idarəsinin iddiasını təmin etmək üçün Samara Regional Məhkəməsinin qərarını qüvvədə saxladı. Bu barədə "VolgaNews.Ru" məlumat yayıb.
Məhkəmə birinci instansiya qərarına qarşı apelyasiya şikayətinə baxıb. "Qanuni oğru" adam oğurluğunun təşkilində və pul tələb edilməsində şübhəli bilinir. Şahin Əhmədov və Natiq Osmanov da daxil olmaqla, daha dörd nəfər cinayət işinin əsas fiqurlarıdır. Onların da vəkilləri rayon məhkəməsinin qərarına qarşı şikayəti dəstəklədi.
Səlifov və digər şübhəlilər 2015-ci il dekabrın 18-də Tolyattidə sahibkar Kamal Quliyevin oğurlanmasında ittiham olunurlar. Oğrular həmin bu şəxsi "Olimp" idman kompleksi yaxınlığında olan avtodayanacaqdan qaçırıb, onun yaxınlarından 10 milyon avro tələb ediblər. Quluyev Qulinin tərəfdaşlarından biri olan, qaçırılmanı həyata keçirən Maqsud Qurbanovun hesabına qaça bilib. Lakin sonradan Qurbanov da əvvəl törətdiyi cinayətə görə saxlanılıb. Müdafiə və həbs müddətinin azaldılması qarşılığında o, "Quli”yə qarşı yeni ifadə verməyə razılaşıb. Bu isə gələcək ittihamın əsasını təşkil edib.
Daha əvvəl bildirildi ki, Moskvanın Presnensk məhkəməsi Quli ilə bağlı adam oğurluğu (RF Cinayət Məcəlləsinin 126-cı maddəsi) və zorakılıq (RF Cinayət Məcəlləsinin 163-cü maddəsi) maddəsi ilə qiyabi həbs qərarı çıxarmışdı. İstintaq hesab edir ki, hələ həbsdə olan vaxt belə "qanuni oğru" adam oğurluğu təşkil edib. Səlifov beynəlxalq axtarışa verilmişdi.
Beləliklə, onun Rusiyaya ekstradisiyası üçün hüquq-mühafizə orqanları əməkdaşlarına daha bir sanksiya lazımdır. Daha əvvəl Rosbalt mənbələri bildirmişdir ki, Nadir Səlifova qarşı cinayətkar qruplaşmasının yaradılması maddəsi ilə cinayət işi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210-cu maddəsi) açılacaqdır.http://criminalaz.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar