Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İnstitutda qalmaqal: Qoy, hamı burada qoyun kimi oturub qulaq assın – VİDEO

16-01-2018, 19:43   

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovadan institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olub.
Oxu.Az-ın xəbərinə görə, video sosial şəbəkələrdə yayılıb. "Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə "emdiardı”, "eksdiardı”. Bəlkə, bu sizin "zakazınızdır”. Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, "rifamiçin”ə qarşı həssasdır, digərində - davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm”, - Səbinə Məmmədova deyib.
Bu sözlərdən sonra o, zalı tərk edib. Qeyd edək ki, Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə ötən ilin mart ayında təyin olub. Məsələ ilə bağlı Həqiqət Qədirova ilə əlaqə saxlamaq istəsək də, institutdan bildiriblər ki, hal-hazırda o, məzuniyyətdədir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar