Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lənkəranskinin cənazəsini gətirən təyyarənin qapısı niyə açılmırdı?

3-03-2018, 13:14   


Tanınmış kriminal avtoritet Rövşən Lənkəranski ilə bağlı daha bir maraqlı məlumatı sizə təqdim edəcəyik. Artıq bir aydan çoxdur ki, təqdim etdiyimiz yazılarla bağlı hətta oxucu məktubu da aldıq.

BiG.AZ bildirir ki, moderator.az bu dəfə Rövşən Lənkəranski ilə bağlı sonuncu məlumatı sizə təqdim edəcək. Bu Lənkəranskinin cənazəsini Lənkərana gətirən təyyarə haqdadı.

2016-cı il avqustun 18-də Rövşən Lənkəranski Türkiyənin İstanbul şəhərində oteldən çıxarkən faciəvi şəkildə güllələndi. Həmin günün axşamı isə Lənkəranskinin cənazəsini dəfn etmək üçün doğulub boya-başa çatdığı Lənkəran şəhərinə yola saldılar. İstindaq materiallarında qeyd olunur ki, Lənkəranskinin cənazəsini Türkiyədən "Palmali" şirkətləri qrupunun rəhbəri Mübariz Mənsimov öz şəxsi təyyarəsi ilə yola salıb. Türkiyə mətbuatı yazır ki, Mübariz Mənsimovu elə bir dəhşətli səslə ağlayan görməmişdilər. Bir sözlə Mübariz Mənsimov Rövşən Lənkəranskinin ölümündən təsirlənər hönkür-hönkür ağlayıb.

Rövşən Lənkəranskinin cənazəsini Lənkərana gətirən təyyarənin dənizin üstündə ləngər vurması da əsl fəlsəfə idi. Təyyarə yerə enmək bilmirdi. Xəzərin üstündə qıvrılıb açılırdı. İstanbulda göz yaşlarına bələnmiş təyyarə bir müddət sanki cürət edib şəhərə girə bilmir. Amma Lənkəran qollarını təyyarəyə tərəf açmışdı. Onu qoynuna almağa, bağırına basıb, layla deməyə hazır idi. Rövşəni gətirən təyyarə bir müddət hava limanında hərəkətsiz qalır. Qapılar açılmır. Müqəddəs Quranımız oxunandan sonra qapılar açılır. Bu da İlahi bir möcüzə idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar