Məlum olduğu kimi, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərliyi ilə “Real” TV fəaliyyətə başlayır. Milli Tele- Radio Şurası TV-nin peyk yayımı üçün müddətsiz lisenziya verib.
Həmin televiziyada çalışacaq jurnalistlərin adları açıqlanıb. Məlum olub ki, sabiq ANS-çilər Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu yenidən Mirşahinlə birgə çalışacaq. Amma həmin siyahıda ANS simaları olan bəzi şəxslərin adları yoxdur. Elgiz Əkbər, Natəvan Babayeva, Afət Rahilqızı, Qənirə Ataşova, Vəfa Şəhlayi, Aytəkin Alxaslı, Ulvira Qarayeva, Rahil Sayadoğlu, İlkin Mustafayevin adı həmin siyahıda yer almayıb. Onlardan əksəriyyəti ARB-də, bəziləri AzTV-də və digər kanallarda çalışırlar. Keçmiş ANS-çilər arasında dövlət qurumlarında da işləyənlər var.
Xatırladaq ki, ləğv edilmiş ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov AzVisiona açıqlamasında Mirşahinin komandasında təmsil olunmayacağını bildirib. O, vurğulayıb ki, Mirşahin Ağayev ona iş təklifi etməyib. “Mənə təklif gəlməyib. Bu səbəbdən o komanda olmayacağam. Yəni "Real TV "də işləməyəcəyəm. Mənim orada nə işim var?”
Xatirə Nəsirova
Cebhe.info