Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əmək pensiyaları ilə bağlı qanunlara dəyişikliklər edildi

6-03-2018, 17:24   

 Deputatlar, ombudsman, MSK üvləri və onların ailələrinin pensiyalarına yeni şərtlərlə əlavələr ediləcək
Milli Məclisdə 13 qanunun "Əmək pensiyaları haqqında" qanuna uyğunlaşdırılması məsələsinə baxılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir və əmək pensiyalarınnı tənzimlənməsi ilə bağlıdır.
Dəyişikliyə əsasən, deputatlar, ombudsman, MSK üvləri və onların ailələrinin pensiyalarına yeni şərtlərlə əlavələr ediləcək.
Layihəyə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.
Bundan başqa, "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir. Hazırda qüvvədə olan qanuna əsasən, bu müddət 5 ildir.
Uyğunlaşdırma xarakterli dəyişiklik "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", Seçki Məcəlləsinə , “Miqrasiya orqanlarında qullluqkeçmə haqqında Əsasnamə”, ”"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Sosial müavinətlər haqqında" qanuna edilib.
Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar