Ermənistan rəsmiləri Türkmənistan qazının Azərbaycan ərazisindən yan keçməklə öz ərazilərindən nəql etmək barədə düşünür.
Cebhe.info-nun erməni mediasına istinadən verdiyi məlumata görə, bu məsələ Ermənistan parlamentində də qaldırılıb. “Çıxış” (Yelk) blokunun deputatları infrastruktur və təbii sərvətlər naziri Aşot Manukyana Türkmənistan qazının İran ərazisindən keçməklə Ermənistana nəqlinin mükünlüyü barədə sual verib.
Lakin nazir sözügedən məsələ ilə bağlı müzakirələrin davam etməsinə baxmayaraq, heç bir irəliləyişin olmadığını deyib.
“Hələlik irəliləyiş olmaması bizə təklif olunan qiymətlərin Ermənistanın əldə etdiyi qaz qiymətlərilə rəqabət apara bilməməsilə bağlıdır”-Manukyan belə deyib.
Məsələyə müdaxilə edən vitse-spiker Eduard Şarmazanovun Rusiyadan idxal edilən təbii qazın satış qiymətinin daha əlverişli olduğuna dair söylədiyi fikrə nazir “Bəli cənab nazir, siz düzgün başa düşdünüz”-cavabını verib.
Müşfiq Abdulla
Cebhe.info