Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinin yenidən prezident seçilməsi Kremldə vəziyyəti dəyişdi: Lavrov istefa verir? - Rəsmi açıqlama

21-03-2018, 22:48   


Putinin yenidən prezident seçilməsi Kremldə vəziyyəti dəyişdi: Lavrov istefa verir? – Rəsmi açıqlama

Want create site? Find Free WordPress Themes and plugins.

Kremlin sözçüsü Dmitri Peskov, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vəzifəsindən ayrılacağı istiqamətində söylənilənlərlə bağlı fikirlərə münasibət bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, RTVI kanalı, Rusiya Xarici İşlər Nazirliyinə yaxın bəzi mənbələrdən əldə etdiyi məlumata görə, Lavrovun yeni kabinetdə olmayacağı ilə bağlı iddia irəli sürüb.

Bildirilib ki, Lavrovun, 2004-cü ildən bəri vəzifəsini icra etdiyi, bu səbəbdən də artıq yorulması ilə bağlı vəzifəsindən ayrılmaq istədiyi iddia edilib.

Məsələ ilə bağlı açıqlama verən Peskov, “Bu deyilənlərə əhəmiyyət verməyib, Lavrovu doğum günü münasibətilə təbrik edək” deyib. Bu gün 68 yaşı olan Lavrov, doğum günü Yapon həmkarı Taro Kono ilə keçirəcəyi görüş üçün Tokioda keçirib. Kono, görüşdə Lavrova futbol topu formasında bir tort təqdim edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar