Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kremlin təhlükəli planı: Avropada böyük savaş...

22-03-2018, 15:24   

 


   
Əgər hərbi fəaliyyətlər "Qazprom"un maraqlarına təhdid yaratsa, Kreml genişmiqyaslı müharibəyə getməyəcək.
Axar.az xəbər verir ki, bunu "Espresso" televiziyasına müsahibəsində ukraynalı politoloq Vitali Portnikov söyləyib. Onun sözlərinə görə, hazırda Şimal axını-2 layihəsi ucbatından Qərb iki düşərgəyə bölünüb:
"Rusiyanın "Qazprom" şirkətinin yeni layihəsində iştirak edən Qərbi Avropa dövlətləri üçün vacib olan Rusiya ilə Ukrayna arasındakı konfliktin güclənəcəyi halda öz enerji təhlükəsizliklərini təmin etməkdir. Onlar hətta böyük müharibə olacağı halda qazlarının kəsilməsini istəmirlər. Ukrayna və qonşuları isə hazırda mövcud olan qaz nəqliyyat sistemini saxlamaq istəyirlər. Onların fikrincə, bu sistem qitədə sülhün əsas zəmanətçisidir. Kreml "Qazprom"un maraqlarına təhdid yaranmaması üçün Avropada böyük müharibəyə başlamayacaq. ABŞ-ın bu məsələdə mövqeyi daha realdır. Onlar bilirlər ki, böyük müharibəyə başlayacağı halda onlar mütləq buna cəlb ediləcəklər. Ona görə də müxtəlif diplomatik səylər sərf edirlər ki, bundan qaçsınlar. Şimal axını-2-yə qarşı Vaşinqtonda narazılıq da məhz buna görədir. Şimal axını-2 artıq biznes deyil, bu, sadəcə, müharibəyə hazırlıqdır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar