Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AB-dən Türkiyəyə xəyanət: Yunanıstanın yanındayıq

22-03-2018, 16:46   


AB-dən Türkiyəyə xəyanət: Yunanıstanın yanındayıq


Avropa Birliyi liderlərinin Brüssel görüşünün yekun bəyannaməsi görüş başlamadan öncə yayımlanıb.

A24.az xəbər verir ki, bəyanatı “Frans Press” agentliyi yayıb.

Bəyanatda liderlər Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə də münasibət bildiriblər. Burada Türkiyənin Egey və Aralıq dənizinin şərqində davam edən fəaliyyətləri sərt şəkildə qınanıb və AB-nin Yunanıstanla Cənubi Kiprin yanında olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə Cənubi Kiprin Aralıq dənizində neft-qaz axtarışına başlaması və Yunanıstanın yenidən Egey dənizindəki adalara iddialar səsləndirməsi Türkiyənin kəskin narazılığına səbəb olmuş və iki ölkə arasında gərginlik yaranmışdı.

A24.az



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar