Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Zabil Müqabiloğlunun bacısı mənzillə təmin oluna bilər" - Əflatun Amaşov

26-03-2018, 10:58   



Mətbuat Şurasının sədri Zabil Müqabiloğlunun yanmış evi ilə bağlı hərəkətə keçdi

Mətbuat Şurasının sədri Əflatun Amaşov musavat.com-a bildirdi ki, baş verən yanğın hadisəsi onu da narahat edib və məsələni nəzarətdə saxlayır:

“Mərhum Zabil Müqabiloğlunun bacısı ilə danışmışam, vəziyyətdən xəbərdaram. Sadəcə bayramdan sonrakı ilk iş gununu gözləyirəm ki, “Qaçqınkom”un sədri Əli Həsənova zəng edim, yaxud gedib, onunla görüşüm. Ölkəmizdə yeni evlər tikilir. Bu ailə həm də qaçqın ailəsidir, illərlə yataqxanada yaşayıb. Odur ki, onlar da mənzillə təmin oluna bilər”.

Yeri gəlmişkən, bu yaxınlarda Z.Müqabiloğlunun kitabı da nəşr olunacaq. Ə.Amaşovun dediyinə görə, kitabın nəşri və təqdimatının mərhum jurnalistin doğum günündə keçirilməsi planlaşdırılsa da, bəzi səbəblərdən bu, mümkün olmayıb: “Amma kitab aprel ayında çap olunacaq”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar