Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

O gecə 31 müharibə gəmisi Ərdoğanı niyə axtarıb? - Dəniz Qüvvələri ŞOK PLANI açıqladı

26-03-2018, 14:00   
 

Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı daha bir tükürpədən plan ortaya çıxıb.
Publika.az xəbər verir ki, Dəniz Qüvvələri Komandirliyi həmin gecə 31 müharibə gəmisinin İstanbul, Çanaqqala boğazı və digər ərazilərdəki kritik nöqtələrdə mövqe tutduğu məlumatını əldə edib.
FETÖ terror təşkilatının çevrilişi uğurla başa çatsaydı, prezident Rəcəb Tayyib Ərdoğan və onu yaxın əhatəsi, ona dəstək verən siyasilər, iş adamları və mətbuat nümayəndələri gəmilərə mindirilib aylarla açıq dənizlərdə saxlanılacaqdı. Türkiyəyə isə “xarici ölkələrə qaçdılar” təxribatı yayılacaqdı.
Çevrilişdə FETÖ-nün yox etməyi planlaşdırdığı siyasi qüvvələrin başında Ərdoğan olub. Planlar da məhz bu detala görə aparılıb. Ona görə də çevrilişin ilk saatlarında “Ərdoğan Almaniyaya qaçdı” xəbərləri sosial media vasitəsilə yayılmağa başlayıb. Planın digər bir qoluna uyğun olaraq Ərdoğanı almaq üçün Marmarisə bir komanda göndərilib. Onu həbs edəcək gəmi isə artıq Aksaz Dəniz Bazasında gözləyib. Bu planla prezident haqqında “qaçdı, amma tutuldu” təəssüratı yaradılacaqdı.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar