Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Səudiyyədə HİCAB İNQİLABI - Qadınlar başlarını açdı

26-03-2018, 14:07   




Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın dini islahatları ölkə həyatına daha bir yenilik gətirib.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, kütləvi tədbirlərin birində qadınlar hicabdan imtina ediblər.

 Qeyd edək ki, ötən gün Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman ölkədə qadınlara "ədəbli" paltar geyindikləri təqdirdə qara çarşabı geyinmək məcburiyyətində olmadığını demişdi. Bu açıqlamadan sonra  qadınlar  Ciddədə keçirilən bir festivala müasir geyimdə, başıaçıq gəliblər. 

Xatırladaq ki, bu,  şahzadə Məhəmməd bin Salmanın ilk dini islahatı deyil.  O, vəliəhd elan edildikdən sonra Səudiyyə Ərəbistanında qadınlara avtomobil idarə etmək, təkbaşına danışmaq, kinoya gedə bilmək, hərbi  ola bilmək hüququ verilib.

Yeganə Oqtayqızı
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar