İlham İsmayıl: ”Əsl sürprizi Britaniya edəcək”
Rusiya artıq bu sürprizi hazırlayır. Cebhe.info xəbər verir ki, bu barədə XİN-nin sözçüsü Mariya Zaxarova belə deyib:
“Bizim hamı üçün sürprizimiz var. Bizdə onlar üçün həm yaxşı cavab, həm də hədiyyə olacaq".
Zaxarova qeyd edib ki, sürprizi Rusiya tərəfi 29 martdakı brifinqdə təqdim edəcək. Amma bunun üçün də şərt var. "Təbii ki, əgər bütün materiallar hazır olarsa",- Zaxarova belə deyib.
Ancaq o, söhbətin hansı sənədlərdən getdiyini açıqlamayıb.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Baş Kəşfiyyatının sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Salsberidə “Noviçok” hərbi-kimyəvi maddəsi ilə zəhərlənərək öldürülməsinə etiraz olaraq, rəsmi Moskvanın 23 diplomatını ölkədən xaric edib. Buna cavab olaraq, Rusiya da Birləşmiş Krallığın eyni sayda səfirlik və konsulluq işçilərini ölkədən qovub.
Rusiya ilə Qərb ölkələri arasında diplomatik böhran isə getdikcə böyüyür. Artıq ABŞ Rusiya səfirliyində və konsulluqlarında çalışan 20 diplomatı ölkədən çıxaracağını bəyan edib. Bundan başqa, Litva, Latviya, Estoniya və Çexiya da Rusiya diplomatik korpuslarının əməkdaşlarını arzuolunmaz şəxs elan edəcəklərini bildirib. Bundan başqa, Almaniya, Fransa, Polşa, İrlandiya və Bolqarıstanın da rusiyalı diplomatların qovulması barədə qərar çıxaracağı gözlənilir.
Polşanın Daxili Təhlükəsizlik Agentliyi isə martın 26-da ölkə ərazisində Rusiyanın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olan şəxsin zərərsizləşdirildiyi haqda məlumat yayıb.
Son günlər artan gərginlik fonunda Rusiyanın hər hansı sərt addım atmasi Qərb-Rusiya münasibətlərində mövcud diplomatik böhranın daha dərin siyasi və hərbi qarşıdurma müsinə keçməsinə səbəb ola bilər. Ancaq Rusiyanın Britaniya üçün hansı sürpriz hazırladığı hələ məlum deyil. Siyasi müşahidəçilər də məhz M.Zaxarovanın nəzərdə tutduğu sürpizləri müəyyənləşdirmək üçün müxtəlif rəylər irəli sürür.
Təhlükəsilik məsələləri üzrə ekspert İlham İsmayılın fikrincə, rəsmi Moskvanın qeyd edilən bəyanatı daha çox Britaniyaya hədə-qorxu gəlmək məqsədi daşıyır:
“Putin hakimiyyətdə olduğu 18 illik dövrün yarıdan çoxunu demokratik dünyaya qarşı mübarizəyə həsr edib. Bunun qarşılığında Qərb dünyası Putinə yumşaq rəftar nümayiş etdirir. ABŞ və Avropa ölkələri iqtisadi sanksilayar tətbiq etməklə kifayətlənir, hərbi xarakterli tədbirlər həyata keçirmirlər. O ki, qaldı sürpriz barədə verilən bəyanata, Mariya Zaxarovanın və ümumiyyətlə Rusiya Xarici İşlər Nazirliyinin bu cür danışıq tərzinə adət etmişik. Onların “kozır-sürpriz”ləri Britaniya diplomatlarının ölkədən xaric edilməsi idisə, həm baş nazir Tereza Mey, həm də xarici işlər naziri Boris Conson bunun gözlənilən olduğunu bildirdi. Onlar hansı sürpriz edə bilərlər? Əgər düşünürlərsə ki, tutaq ki, kraliçanın buir karikatiratısını və açıq-saçıq şəkilini verməklə onları susduracaqlar, bu mümkün deyil. Çünki açıq cəmiyyətdə belə kompromateriallar keçmir. Yaxud, kiməsə rüşvət verməyə ümid edirlərsə, demokratik cəmiyyətdə də bu üsullarla nəyə isə nail olmaq çox çətindir. Ona görə də Rusiya tərəfinin bəyanatı sadəcə olaraq, sözdür. Rusiya daha çox hərbi təhdid etməklə sürpriz nümayiş etdirməyə çalışa bilər. Bu halda da təsir əks-təsirə bərabər olacaq. Raket atacaqlarsa, raket qəbul edəcəklər. Bunun olacağı da inandıcı görünmür. İngilis diplomatiyası tarixən güclü olub və indi də güclüdür. İngiltərə ABŞ-dan fərqli olaraq, çox az-az işlərə sərt münasibət bildirir. Amma Britaniyanın son vaxtlar qəbul etdiyi qərarlar göstərir ki, rəsmi London Rusiyaya daha çox sürprizlər hazırlayıb. Böyük Britaniyanın daha sərt addımları hələ qabaqdadır. Rusiyanın sürprizi yalnız sözlə ola bilər. Bu deyilənlər Mariya Zaxarovanın üslubudur”.
Qeyd edək ki, rəsmi Moskva Sergey və Yuliya Skripalın Rusiya tərəfinədn zəhərlənməsi barədə deyilənlənlərin böhtan olduğunu iddia edir. Bu baxımdan, təqdim edəcəyi sürpriz ehtimalından biri Skripalların Rusiya kəşfiyyatı tərəfindən zəhərlənmədiyini sübuta yetirən dəlillərin ortaya çıxarılması ola bilər. Lakin İlham İsmayıl hesab edir ki, Rutin iqtidarı artıq bütün dünyada siyasətçiləri və kəşfiyyatçıları zəhələnmə yolu qətlə yetirməsi ilə ad çıxarıb. Qərb dövlətlərinin Rusiyaya qarşı bu cür sərt reaksiyası öz ərazisində kimyəvi üsullarla terror hallarının törədilməsi ilə bağlıdır:
“Sergey və Yuliya Skripalın zəhərlənməsi yeganə hadisə deyil. Federal Təhlükəsziik Xidmətinin keçmiş zabitit Litvinenkonun qətlə yetirilməsi, Ukraynaının eks-prezidenti Yuşşenkonun üzünə zəhərli maddə vurulması, hava lmanının əməkdaşı Qlujkovun, Zəlimxan Yandarbiyevin və başqalarının qətli kimi faktlar birbaşa Rusiya kəşfiyyatının əməlləridir. Hətta, Rusiya qanunvericiliyi terrorçuları başqa ölkənin ərazisində zərərsizləşdirmək ixtiyarının olmasına dair maddəni qanunvericiliyə salıb. Amma bir ölkənin başqa bir ölkənin ərazisində istədiyi qətlləri törətməsi terror fəaliyyətidir və demokratik, azad dünya tərəfindən qəbul olunan deyil. Bu cür işlərin arxasında həmişə Rusiya dayanıb”.
Müşfiq Abdulla
Cebhe.info