Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“BÖYÜK PULLAR BİR NEÇƏ ADAMIN ƏLİNDƏ TOPLANIB…” – “Mənə Paşazadənin 100 hektarlıq bağını göstərdilər” (VİDEO)

27-03-2018, 13:47   


 

Martın 26-da İctimai Televiziyada prezidentliyə namizədlərin sayca 4-cü teledebatı keçirilib.
AzPolitika.info-nun məlumatına görə, növbəti debat “Demokratiya və vətəndaş cəmiyyəti” mövzusuna həsr olunub.
Namizədlərin əksəriyyəti Avropada yaşayan mühacirlərin son vaxtlar təhqir kampaniyası aparmasına diqqət ayırıb, onları tənqid ediblər.
Namizəd Zahid Oruc sağa-sola xaotik “atəşlər açıb”, nə demək istədiyi tam anlaşılmayıb.
Əvvəlki debatlarda olduğu kimi, bu dəfə də ADP sədri Sərdar Cəlaloğlu hakimiyyəti sərt tənqid edib, hakimiyyətin təmsilçisi Əli Əhmədov isə müdafiə olunub. Əli Əhmədov xalqı inandırmağa çalışıb ki, Azərbaycan demokratiya yolunda “böyük məsafə qət edib”.
Namizəd Hafiz Hacıyev isə əvvəlki debatlarda əsasən hakimiyyətdə təmsil olunan konkret şəxsləri hədəfə götürürdüsə, bu dəfə müxalifətə – Əli Kərimli və Cəmil Həsənliyə təhqirlər yağdırıb.
4-cü debatın tam videoyazısını təqdim edirik:[media=//www.youtube.com/watch?v=Dlhllv_WcCA]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar