Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

''Sonra da deyirlər ki, Hadı müəllim qaçır mətbuatdan''

29-03-2018, 19:46   
 

Deputat fikirlərinin səhv anlaşıldığını deyir
“Mən demirəm saytlar, sosial şəbəkələr bağlansın. Kim onu deyir ki, tamam bağlansın? Harada demişəm ki, hamısı bağlansın? Ayıbdır. Axı, mənim nəvəm də oxuyur o söyüşü, təhqiri. Olmaz, axı”.
Bu sözləri Azadlıq Radiosuna müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.  
O, sosial şəbəkələrlə bağlı dediyi fikirlərinin yanlış anlaşıldığını deyir. Martın 28-də açıqlama verən deputat deyib:
“Bir çox inkişaf etmiş ölkədə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.
Bu fikirlərinin sosial şəbəkələrin bağlanması anlamına gəlmədiyini deyən H.Rəcəblinin sözlərinə görə, fikirləri səhv anlaşılıb:
“Heç kim demir ki, internet qapansın. Mən deyə bilərəm ki, internet bağlansın? Mən də internetə girib məlumat alıram. Mən orda da demişəm ki, təhqir edən, ana-bacı söyüşü söyənlərə qarşı hüquqi normalar əsasında tədbir görülməlidir. Amma başlığa götürüb başqa şey qoyurlar. Mən boyda kişini götürüb... Bütün mətbuat yazır. Mən neyləyim? Ona görə deyirlər, təhrif, mənəviyyatsızlıq, yalan-iftira yayan saytlara qarşı qanun daxilində inzibati tədbir görülməlidir. Mənim nəvələrim var, onların altısı qızdır. Onlar da sayta girirlər, oxuyurlar, olmaz belə. Mən nə günahın sahibiyəm? Orda məni söyürlər. Öz aramızdı, yaşım 70-i ötüb, nəvəm var, ailəm var. Belə mənəviyyatsızlıq olmaz. Sonra da deyirlər ki, Hadı müəllim qaçır mətbuatdan. Necə edim, qaçmayım?”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar