Want create site? Find Free WordPress Themes and plugins.
Dünən Azərbaycan KİV-də sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə informasiya yayılmışdı.
Bildirilirdi ki, aprelin 4-də axşam saatlarında sabiq nazirin qəfildən ürəyi tutub.
“A24.az” bildirir ki, “insider.az” məsələ ilə bağlı F.Məmmədovun ailəsi ilə əlaqə saxlayıb.
Sabiq nazirin ailəsi məlumatı təkzib edərək qeyd edib ki, yayılan informasiya həqiqəti əks etdirmir. F.Məmmədovun səhhətində problem olmadığı bildirilib.