Bakı şəhəri, Landau küçəsində oğurluq hadisəsi baş verib.
Cebhe.info xəbər verir ki, bu barədə tanınmış jurnalist Jalə Mütəllibova özünün facebook səhifəsində məlumat yayıb.
Onun bildirdiyinə görə, əleyhqaz taxmış oğrular Vergilər Nazirliyinin yaxınlığında yerləşən bankomat aparatını elektrik mişarla kəsərək 173 min manatı oğurlayıblar: “Şəxsi xəbərdir və dəqiqidir. Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı Kapital bank bankomatını iki nəfər “laqonda” ilə yarıb, 173.000 manatı oğurlayıb. Onların üzlərində əlehqaz olub. Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, “sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq.
Əsas məsələ odur mühafizəçi o qədər hazırlıqsız və sadəlöhv olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar, pulu götürüb gediblər, indi Yasamal polisi də, bank də oğru axtarışındadır...Bu arada deyim ki, oğrulara məətəl qalmışam, oğrulara!.. Adamlarda ürəyə bax, ərazi kamera, rəsmi dövlət qurumları ilə dolu, günün tən ortasında, bankomatı sanepidemstansiya əməkdaşı adıyla “laqonda”yla yar, uf da eləmə?.. Adam nə gülə bilir, nə ağlaya...”
Aydın
Cebhe.info