ABŞ prezidenti Donald Tramp Suriyada Bəşər Əsədə dəstək verdikləri üçün Rusiya və İranı tənqid edib. Səbəb isə Əsəd qüvvələrinin Suriyada bir daha kimyәvi hücum hәyata keçirməsidir.
“Suriyada kimyəvi hücum hәyata keçirilib. Zәrәr çәkәnlәr arasında çox sayda qadın və uşaqlar var. Kimyәvi hücumun baş verdiyi әrazi blokadaya alınıb vә Suriya ordusu ilә әhatәlәnib. Hal-hazırda kimyәvi silaha mәruz qalan әrazi tamamilә xarici alәmdәn tәcrid olunub. Rusiya prezidenti Putin vә İran vәhşi Əsədi dәstәklәdiklәrinә görә mәsuliyyәt daşıyırlar. Bu onlara baha başa gələcək” – deyә ABŞ prezidenti twitter hesabında bildirib.
azadliq.info