suriyaBu gün aprelin 9-da səhərə yaxın Suriyanın Homs əyalətindəki T-4 aviabazasına güclü raket zərbələri endirilib. Suriyanın rəsmi SANA agentliyi Hava Hücumundan Müdafiə qüvvələrinin bir neçə raketi vurduğunu bildirir. Lakin raketlərin hamısını vurmaq mümkün olmayıb və hücum nəticəsində Bəşər Əsədin ordu qüvvələri itki verib. İtkilərin sayı açıqlanmır, amma hərbçilər arasında ölən və yaralananların olduğu bildirilir.