Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ qırıcıları Suriya üzərində göründü HƏR AN BOMBA YAĞA BİLƏR

11-04-2018, 15:01   
11 aprel — 14:36


ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları Suriya üzərində patrul uçuşları keçirir. Virtualaz.org xəbər verir ki, Britaniyanın «Sky News» telekanalı qırıcıların Homs əyalətinin sərhədyanı Əl-Tanif şəhəri üzərində alçaqdan uçuşlar keçirdiyini bildirir. Digər məlumata görə ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri İraq və İordaniya səmalarında da görünüb. Britaniya nəşrləri onu da bildirir ki, İraq-Suriya sərhədi boyu koalisiya təyyarələrinin uçuşlarını müşahidə etmək mümkündür.

Xəbər verildiyi kimi ABŞ prezidenti Donald Tramp Suriya rejiminin Dəməşq yaxınlığında kimyəvi silah işlətməsinə cavab olaraq hərbi tədbirlər görəcəyini, qərarın 72 saat ərzində veriləcəyini bəyan edib. Bu müddətin başa çatmasında saatlar qalır.

Xəbərlərə görə Suriya rejiminin qüvvələri də öz bazalarında döyüş hazırlığı vəziyyətindədir və ABŞ-ın raket zərbələrinə hazırlaşır.

Bundan əvvəl Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin “Al-Manar” telekanalına müsahibəsində bildirib ki, onun ölkəsi Suriya ərazisinə buraxılan “istənilən raketi” vurmağa hazırdır. Diplomat bunu öz fikri kimi yox, Rusiya rəhbərliyinin rəsmi mövqeyi kimi çatdırdığını deyib. “Əgər Amerika zərbə endirsə raketlər vurulacaq, habelə raketlərin buraxıldığı nöqtələrə zərbələr endiriləcək”-səfir deyib.

Öz növbəsində Böyük Britaniya birləşmiş silahlı qüvvələrinin komandanı, general Riçard Berons BBC-yə müsahibəsində deyib ki, rusiyalı diplomat gərək sözlərini diqqətlə seçib danışaydı. Generalın bildirdiyinə görə, əgər ruslar ancaq raketləri vurmağa hazırlaşırsa onlar bunu tam uğurlu həyata keçirə bilməzlər. Əgər səfir Zasıpkin “start platformalarına zərbə” dedikdə raketlərin buraxıldığı ABŞ gəmilərini və sualtı qayıqlarını, təyyarələrini nəzərdə tutursa bu artıq müharibə deməkdir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar