Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Suriyada kimyəvi silahdan kim istifadə edib? – Dünya liderlərindən fərqli yanaşma

11-04-2018, 15:28   




Suriyada kimyəvi bombadan kim istifadə edib? Son günlər bu məsələ ətrafında müxtəlif versiyalar səslənsə də, konkret hədəf və plan tam olaraq açıqlanmır.

Cebhe.info xəbər verir ki, dünya liderləri bu məsələdə əvvəl Bəşər Əsədi günahlandırsa da, son açıqlamalarında tamilə fərqli fikir bildiriblər.

Belə ki, Türkiyə prezidenti bu məsələyə ilk münasibətində Əsəd rejimini günahlandırsa da, 2 gün sonra AKP-nin qrup toplantısında fərqli mesaj verib. Ərdoğan bu qətliamı törədənlər cəzasını alacaq desə də, bu məsələdə Əsədin və ya digər bir gücün adını çəkməyib. Türkiyə mediası isə Ərdoğanın bu yanaşmasını prosesin fərqli məcrada inkişaf etməsi ilə əlaqələndirir.

Amerika Birləşmiş Ştatları (ABŞ) isə Suriyada kimyəvi silahlarla törədilən qətliamda birbaşa Əsəd rejimini günahlandırıb. 

Qeyd edək ki, İngiltərə də bu məsələdə ABŞ-a birbaşa dəstək verib. Ancaq xarici mətbuatın yazdığına görə ABŞ və rəhbərlik etdiyi Qərb koalisiyası Suriyaya yönəlik hazırladığı hücum planını həyata keçirmək üçün bu məsələdə Əsəd rejimi birbaşa günahkar çıxardır.

Rusiya və İran isə hələ də Əsəd rejiminə dəstəyini ifadə edir. Suriyada maraqları olan güclərin fərqli açıqlamaları prosesin yenidən alovlanacağına işarədir. Analitiklər hesab edir ki, Suriya məsələsi yaxın zamanlarda yenidən gərginləşəcək və böyük güclərin savaş məkanına çevriləcək.

Qeyd edək ki, hazırda Suriyanın təxminən 70 faiz ərazisi Əsəd rejiminin nəzarətindədir. Bu da xüsusilə Qərb koalisiyasının maraqları çərçivəsində deyil.

Vilayət Muxtar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar