Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

YAXIN ŞƏRQİ SARSIDACAQ İDDİA! - ƏSƏD QAÇIB?!

11-04-2018, 16:05   



YAXIN ŞƏRQİ SARSIDACAQ İDDİA! - ƏSƏD QAÇIB?!



Hurriyyet.org xəbər verir ki, İsrail mediasının iddiasına görə, Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın bombardmanından qorxaraq, rus mühafizəçilərinin müşayiəti ilə Dəməşqdə yerləşən prezident sarayından qaçıb.

İsrailin Nazirlər Kabineti fövqəladə iclas keçirərək Qərbin Suriyada keçirməyi nəzərdə tutduğu əməliyyatı müzakirə edib. Bundan başqa, İrandan ehtiyat elədikləri üçün İsrailin ordu qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Kremlin açıqlamasında Şərqi Qutada kimyəvi hücum iddialarının obyektiv şəkildə araşdırılmasının lazım olduğu vurğulanıb.

Livandakı Rusiya səfiri “Huzbullah”a məxsus “Əl Manar” televiziyasında çıxış edərək ABŞ-ın Suriyaya atacağı raketlərin məhv ediləcəyini bildirib.

İngiltərənin “Daily Telegraph” qəzeti, rus millət vəkillərinin ABŞ-ın Suriyaya mümkün hücumu zamanı Rusiyanın da tədbirlər görməsini tələb ediblər. Xəbərdə Rusiyanın dünən hərbi təlim keçdiyi və alçaqdan uçaqn uzun mənzilli raketlərin məhv edildiyi bildirilir.

“Eurocontrol” xəbərdarlıqla çıxış edərək, bu gündən etibarən 72 saat ərzində sərnişin təyyarələrinin Suriya üzərindən uçmamasına çağırış edib. Raket atılması ehtimalı olduğu xəbərdarlıqda açıq bir şəkildə bildirilib.

ABŞ və Rusiya yenə BMT TŞ-da bir-biri ilə sözləşib. Rusiyanın nümayəndəsi deyib: “Özümüzü son dərəcə kədərli və ciddi hadisələrin astanasında görə bilərik”.

Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar