Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gülənin malikanəsində 2 gün: FETÖ lideri “təşviş otağ”ında, məşhur iş adamı isə...

11-04-2018, 16:49   




FETÖ-nün rəhbəri Fətullah Gülənin ABŞ-ın Pensilvaniya ştatındadakı malikanəsində Finlandiya Dövlət Televiziyası 2 gün ərzində çəkiliş aparıb. Xəbərlərə görə, FETÖ lideri malikanədəki "təşviş otağı" adlandırılan otağa köçüb. 

Finlandiya Dövlət Televiziyası olan YLE-nin ana xəbər bülletenində malikanədən çəkilən süjet yayımlanıb. İddalara görə, Fətullah Gülən hər an əməliyyat keçiriləcəyi qorxusuyla yaşayır və buna görə də onu "təşviş otağına" köçürüblər. Həmçinin ərazidə Türkiyədə qiyam cəhdindən sonra ölkədən qaçan FETÖ-çülər üçün əlavə binalar tikilib. YLE müxbiri bu binalardan birində Türkiyədə çox məşhur olan iş adamını gördüyünü bildirib. Şəxs "Türkiyə hökuməti burada olduğumu bilmir, yayınlamayın",- deyə az qala müxbirə yalvarıb. 

“Qonşuları Güləni yaxın Şərqdən gələn düşmən olaraq görür",- deyə süjetdə bildirilir. 

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar