ABŞ Suriyanı vurmağa başlayarsa, bu, sadəcə, hücum xarakterli olmaqla qalmayacaq, eyni zamanda, koalisiyanın müharibə cinayəti sayılacaq.Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Andrey Krasov deyib.
“Provokasiyanı onlar etdi və hər hansı araşdırma aparılmadı”, - deyə deputat bildirib.
Krasov həmçinin ABŞ-ın atacağı addımları öncədən proqnoz etməyin mümkünsüz olduğunu da vurğulayıb.
Qeyd edək ki, Şərqi Qutanın Duma bölgəsinə edilən kimyəvi silahla hücumdan sonra ABŞ-ın Suriyanı bombardman edəcəyi gözlənilir.