Rusiya Suriyadakı hərbi gəmilərini Tartus limanından çıxarıb.Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Image Satellite Internacional” şirkəti yayıb. Peykdən çəkilən görüntüləri paylaşan şirkət hazırda Tartus limanında yalnız bir ədəd sualtı qayığın olduğunu bildirib. Bu gəmilər ABŞ-ın mümkün zərbələrinə qarşı Aralıq dənizinin müxtəlif hissələrində yerləşdirilib.
Şirkət Rusiyanın hazırda Aralıq dənizində 7-yə yaxın hərbi gəmisinin olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı kimyəvi hücuma 48 saat ərzində cavab verəcəyini bildirib. Onun verdiyi müddət bu gün axşam baş çatacaq. ABŞ artıq özünün “Donald Kuk” və “Porter-7” gəmilərini Aralıq dənizinə göndərib. Bu gəmilər Rusiyanın Tartus şəhərində yerləşən hərbi bazasının 100 kilometrliyində qərarlaşıb.
ABŞ həmçinin Aralıq dənizinə “Harri S.Truman” təyyarədaşıyan gəmisininin rəhbərliyi altında zərbə qrupunu göndərib. Gəmi qrupunda minimum 6,5 min hərbçinin olduğu bildirilib. Bu gəmilərin Suriyada 22 hədəfə zərbə endirəcəyi iddia olunur.