Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda nazir oğlunun cakuzisini mənzilə kranla qaldırdılar - VİDEO

13-04-2018, 20:21   
 


İlk baxışdan binanın qarşısında bir kranın olmasında qeyri-adi heç nə görünməyə bilər. Xüsusən davamlı tikinti işləri gedən Bakı kimi şəhərdə. Lakin bu kranın Nəsimi rayonu, Yusif Vəzir Çəmənzəminli 9 ünvanına gətirilməsi heç də tikinti ilə əlaqəli deyil.
Məqsəd ünvanda yerləşən mənzillərdən birinə məişət əşyası qaldırmaqdır. Əşya həmin ünvanda yaşayan nazirin polkovnik oğlunun mənzilinə qaldırılmalıdır.
PressClub.Az-a daxil olan məlumata görə, kranın qaldırdığı cakuzi o qədər böyükdür ki, onu başqa formada mənzilə daxil etmək mümkün olmayıb. Hamam avadınlığını 8-ci mərtəyə qaldırmaq üçün, nəhayət, kran çağırmaq məcburiyyətində qalıblar.
İddia edilir ki, cakuzi müdafiə sənayesi naziri Yavər Camalovun oğlu, Nizami rayonu Mühafizə Polisi İdarəsinin rəisi, polkovnik Elşən Camalova məxsusdur. O da vurğulanır ki, E.Camalovun həmin ünvanda bir yox, bir neçə mənzili var. 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar