[media=//www.youtube.com/watch?v=x3WbFC7sCFc]
[media=//www.youtube.com/watch?v=Lxl-8dSOgE4]
Fransanın Müdafiə naziri Florans Parli Suriyaya endirilmiş zərbə ilə bağlı görüntüləri paylaşıb.Axar.az xəbər verir ki, hücumda ABŞ və Fransa Aralıq dənizində yerləşdirilən gəmilər, İngiltərə isə Cənubi Kiprdən havaya qaldırılılan 4 “Panavia Tornado”qırıcı təyyarəsi ilə iştirak edib.
Fransanın Xarici İşlər naziri Jan İv Le Drian deyib ki, Paris Suriya ilə bağlı daha əvvəl verdiyi sözlərə əməl edərək, müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edib.
Ümumilikdə Suriyaya 103 raket atılıb. Rusiya Müdafiə Nazirliyi raketlərin böyük əksəriyyətinin havada Suriya ordusu tərəfindən məhv edildiyini açıqlayıb.