Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ərdoğandan Suriyanın vurulmasına - Reaksiya

14-04-2018, 18:36   


 
   
Suriya rejiminə qarşı aparılan əməliyyat düzgündür.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
"Təəssüf ki, Suriyada oynanılan oyun başqadır. Suriyada aparılan iş belədir: Əvvəl rejimin zülmünə səssiz qalırlar, sonra bir terror təşkilatını dəstəkləyib meydana çıxarırlar. Başqa bir terror təşkilatı isə layihəni həyata keçirir. Biz bu oyunu çoxdan həll etmişik. İŞİD-ə qarşı aparılan əməliyyat zamanı 3 min terrorçunu məhv etdik. Kimyəvi silahlarla o balaların düşdüyü vəziyyəti yəqin ki, qəbul etməyimiz mümkün deyil. Kimsə günahkardır və bunun əvəzini ödəməlidir. Bununla rejim bir daha gördü ki, qeyri-insani addımlar cavabsız qalmayacaq", - Ərdoğan söyləyib.
Xatırladaq ki, ABŞ, Fransa və İngiltərə Suriyada rejimə məxsus hərbi obyektlərə zərbələr endirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar