Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yeni zərbə endirə bilərik - ABŞ RƏSMİSİ

14-04-2018, 22:05   




ABŞ Silahlı Qüvvələri Suriyaya yeni zərbələr endirməyə hazırdır. 

Unikal.org-un "Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

"Biz əminik ki, Suriyanın kimyəvi silah istehsalı proqramına ciddi ziyan vurulub. Suriya rejimi səbrimizi sınamağa davam edərsə, biz təzyiqi davam etdirəcəyik”, - deyə Heyli qeyd edib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, ABŞ ordusu Suriyada təkrarlana biləcək kimyəvi silahdan istifadə hallarına dərhal cavab verməyə hazırdır.

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar