Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İranı da vurun” bəyanatı Yaxın Şərqi qarışdırdı

16-04-2018, 10:23   




"Təkcə Suriyani vurmaqla iş bitməz, İranı da vurun".

Cebhe.info xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun bu sözləri Yaxın Şərqi qarışdırır.  

Xatırladaq ki, “Jerusalem Post"un yazdığına görə, baş nazir Suriyanı hədəfə alan ittifaqa müraciətlə İrana da zərbə endirməyə çağırıb. 

İsrail mətbuatı 15 apreldə yazıb ki, Netanyahu bu barədə fikrini ilk olaraq Britaniya baş naziri Tereza Meyə çatdırıb. O, Suriyaya yönələn əməliyyatın oxşarının İrana qarşı da keçirilməli olduğunu deyib.

İranı “terrorçu dövlət” adlandıran baş nazir ABŞ və müttəfiqlərindən ona qarşı da tədbir görülməsinə inandırmağa çalışıb.

Baş nazirin bu çağırışına hələlik rəsmi Tehrandan cavab gəlməyib. Ancaq Suriya ətrafında gərginliyin davam etdiyi bir zamanda İsrailin bu müraciətinin Yaxın Şərqdəki vəziyyəti daha da ağırlaşdıracağı deyilir. Artıq İrandan dəstək alan bəzi silahlı qüvvələrdən İsrail leyhinə bəyanatlar səsləndirilir. 

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar