Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sabah Azərbaycanda yeni baş nazir seçiləcək

20-04-2018, 21:17   



Sabah Milli Məclisdə Azərbaycanın yeni baş nazirinin namizədliyinin müzakirəsi və təsdiqlənməsi gözlənilir. Virtualaz.org qeyd edir ki, Konstitusiyaya əsasən Baş naziri Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə prezident təyin edir.

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

*   *   *15:34

Sabah, aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək.

Bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.

“Report”un əldə etdiyi məlumata görə, iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyi gözlənilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar