Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlham Əliyev 6 sərəncam, 3 fərman imzaladı

23-04-2018, 18:57   

 


   
14:35
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar memar”
Hüseynova Leyla Qafar qızı
Məmmədov Ədalət Eyvaz oğlu
“Əməkdar mühəndis”
Kərimli Telman Nəcəf oğlu
Sultanov Zakir İmran oğlu
“Əməkdar mədəniyyət işçisi”
Nuriyev Fuad Lütvəliyeviç.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi”
Kərimov Kərəm Təbriz oğlu
“Əməkdar həkim”
Ağayev Misirxan Muradxan oğlu
Şamilova Faiqə Hacıbala qızı.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1054-VQD nömrəli qanununun tətbiqi barədə sərəncam imzalayıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1048-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
***
Prezidenr İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Fərmanda qeyd edilir:
“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə;
“Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 may tarixli 866 nömrəli Fərmanının ləğv edilməsi barədə;
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında;
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar