Want create site? Find Free WordPress Themes and plugins.
Bakının “Sovetski” adlanan ərazisində aparılan söküntülərə bundan sonra Baş nazirin müavini Hacıbala Abutalıbov nəzarət edəcək.
A24.Az axar.az-a istinadən xəbər verir ki, Abid Şərifovungördüyü işi bundan sonra Hacıbala Abutalıbov davam etdirəcək. Belə ki, Baş nazirin yeni müavini olan H.Abutalıbova A.Şərifovun işləri həvalə olunub. BŞİH-in rəhbəri “Sovetski”dəki söküntü-tikinti işlərinə də cavabdeh olacaq.
Məlumata görə, artıq ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Gələn ayın əvvəlindən “Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq.
Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. Sakinlərə bildirilib ki, hər hansısa şikayətləri ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə və H.Abutalıbova müraciət etməlidirlər.