Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın rəhbərlik etdiyi nümayəndə heyəti məsləhətləşmələr aparmaq üçün Moskvaya gedib.
Cebhe.info Rusiya mətbuatına istinadən yazır ki, bir neçə mənbə səfəri təsdiqləyib.
Nümayəndə heyətinin tərkibinə deputatlar daxildir. Onlar Rusiya rəhbərliyilə görüşmək niyyətindədir.
Diplomatik mənbələrin bildirdiyinə görə, görüş gizli və qapalı rejimdə keçiriləcək. Onun barəsində mətbuata informasiya verilməsi planlaşdırılmır. Əsas müzakirə mövzusu Ermənistandakı mövcud durumdur.
Qeyd edək ki, hazırda paytaxt İrəvan da daxil olmaqla bir neçə şəhərdə müxalifətin aksiyaları davam edir.
Xəzər
Cebhe.info