Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kütləvi gecə yürüşü İrəvanı silkələyir - Canlı

26-04-2018, 22:11   

 


   
İrəvanda müxalif lider Nikol Paşinyanın rəhbərliyi ilə yeni etirazlara start verilib.
Axar.az xəbər verir ki, etirazçılar İrəvandakı yolları bağlamağa başlayıblar. Etirazçıların 19:00-da yenidən Respublika meydanında toplanması nəzərdə tutulub.
Yolların bloklanmasının qarşısını almaq üçün polis aksiyaçılarla danışıqlar aparır.
***
Ermənistan parlamentində baş nazir seçkisinin keçirilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə ediləcək.
Məlumatı Ermənistan parlamentinin sədri Ara Babloyan yayıb.
***
Nikol Paşinyan etirazçıları İrəvanda küçələri bağlamağı müvəqqəti olaraq dayandırmağa çağırıb.
Paşinyan buna səbəb kimi yolların bağlanılması zamanı bir sıra insidentin yaşanmasını göstərib. O, bəzi şəxslərin bundan istifadə edərək, digər vətəndaşlara qarşı kobudluğa yol verə biləcəklərini bildirib.
***
Paşinyanın çağırışına rəğmən etirazçılar İrəvandakı yolların bir hissəsini hələ də bağlı vəziyyətdə saxlayırlar. Küçələrdə etirazçılar ağ rəngdə qızılgüllər paylayırlar.
Paşinyan Ermənistanda bugünkü mitinqin “nizam və qanunilik” devizi altında keçirildiyini bildirib.
***
Daşnaksütyun Partiyasının Ermənistan hökumətində təmsil olunan bütün nazirləri istefaya gedib. Partiya həmçinin Ermənistan vilayətlərində qubernator olan nümayəndələrinin də istefaya getdiyini bildirib.
***
Nikol Paşinyan etirazçıları diqqətli olmağa çağırıb: “Biz ehtiyatlı olmalıyıq, çünki bəzi qüvvələr əks-inqilaba çalışır. Şəhərdə nömrəsiz avtomobillərin hərəkəti təsadüfi deyil. Onlar bununla əhali arasında narazılıq yaratmağa cəhd edirlər”.
Bununla bərabər, etirazçılar Paşinyana səslənərək, onun heç kimlə əməkdaşlıq etməməsini istəyiblər. Onlar bütün siyasi partiyalardan Paşinyanın üz çevirməsi gərəkdiyini söyləyiblər.
***
Nikol Paşinyan bütün etirazçıları yeni yolları bağlamaqdan imtinaya çağırıb. O, 16:00-a qədər bütün yolların açılmasını və bölgədəki etirazçıların İrəvana gəlişinə mane yaradılmaması gərəkdiyini bildirib.
***
Erməni əsilli kanadalı aktrisa Arsine Xancyan İrəvana gəlib. O, Ermənistanda keçirilən etiraz aksiyalarına qoşulub.
***
İnqilab davam edir.
Bu sözləri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb.
“Siyasi alver olmayacaq. Biz Respublika meydanına doğru hərəkət edirik”, - deyə Paşinyan bildirib.
***
Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının İdarə Heyətinin üzvü Eduard Şarmazanov deyib ki, Respublika Partiyası baş nazir vəzifəsinə namizədini parlament fraksiyasının iclasında müəyyənləşdirəcək. O bildirib ki, məsələ aprelin 30-na kimi həll ediləcək.
***
İrəvanda Ermənistan müxalifətinin növbəti mitinqi baş tutub.
Məlumata görə, hərəkat lideri N.Paşinyan bildirib ki, mayın 1-də keçiriləcək seçkilərə baş nazirliyə namizəd olmaq niyyətindədir və bu məsələ ilə bağlı rəsmilərlə heç bir razılaşma olmayacaq.
O əlavə edib ki, sabah mitinq İrəvanda deyil, gümrüdə keçiriləcək. O, tərəfdaşlarına istirahət etməyi məsləhət görüb, ancaq avto-yürüşə qoşulmaq istəyənləri sabah İrəvan-Gümrü istiqamətindən yürüşə dəvət edib.
Paşinyan digər tərəfdarlarına səslənərək bu zaman ərzində onlara da istirahət etməyi və yeni güclə aprelin 29-da mitinqləri yenidən bərpa etməyi məsləhət bilib.
27 aprel saat 18:00-da Gümrü, 28 apreldə isə Vanadzorda (15:00) mitinq keçirəcəyini bildirən Paşinyan 29-dan yenidən İrəvanda aksiyalara start veriləcəyini qeyd edib.
Hazırda gecə yürüşü keçirilir...

[media=//www.youtube.com/watch?v=u4ZXQQwF6qo]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar