Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yeni nazirdən daha iki təyinat

30-04-2018, 17:42   

 


   
14:19
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) daha bir işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.
Report-un məlumatına görə, Kənd Təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə Sarvan Elxan oğlu Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
***
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) daha iki işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.
Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova nazirliyin Hüquq şöbəsinin müdiri, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev isə nazirliyin Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsinı təyin edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar