11:37
General Hüseyn Əlixanovun istefaya getməsiylə bağlı informasiya həqiqəti əks etdirmir.Axar.az xəbər verir ki, bunu “Haqqin.az” saytına açıqlamasında Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov deyib. Onun sözlərinə görə, general-mayor hazırda məzuniyyətdədir.
Qeyd edək ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun vəzifəsindən azad edilməsi haqqında informasiya yayılıb. İstefa xəbərini
Unikal.org-a təsdiqləyən Hüseyn Əlixanov artıq işləmədiyini, təqaüdə çıxdığını, yerinə isə hələlik təyinat olmadığını bildirib.
***
Saytın yaydığı səs yazısından məsələnin mahiyyəti anlaşılıb. Belə ki, general hazırda məzuniyyətə çıxdığını, 22 mayda məzuniyyətinin bitəcəyini, amma işinə davam etməyəcəyini və istefasının təsdiqlənəcəyini açıqlayıb.
[media=//www.youtube.com/watch?v=oQIujLYpKc4]