Mayın 1-də Ermənistan parlamentində keçirilən və nəticəsiz başa çatan iclasdan dərhal sonra hazırkı hərbi-siyasi rəhbərlik xalqın etiraz səsini yatırmaq və hakimiyyəti əldə saxlamaq məqsədilə Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrinin bir hissəsini İrəvana yeritmək qərarına gəlib.
Maraqlıdır, separatçı "Qarabağ ordusu" Ermənistanda hakimiyyəti saxlaya biləcəkmi?
Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Qarabağdakı ordu birləşmələrinin İrəvana gətirilməsi Sarkisyan rejiminin qorunmasına hesablanıb:
"Ermənistanda Serj Sarkisyanın baş nazirliyinə qarşı kütləvi etiraz aksiyalarına rəhbərlik edən müxalif Yelk fraksiyasının depudatı Nikol Paşinyan nümayişlərin ilkin mərhələsində Sarkisyanın istefaya getməsinə nail oldu. Bu istefa ilə hakim partiya aksiyaların sakitləşməsini gözlənilsədə, amma Nikol Paşinyan Serj Sarkisyanın partiyasının hakmiyyətdən tamamilə getməsinə çağırdı. Və, mitinqləri ölkə boyu təşkil etməklə, Ermənistanda başlanan inqilabla hakmiyyəti tam tərkibdə dəyişməyə çalışdı. Rusiyaya bağlı olan separtçı - Qarabağ klanının rəhbəri Serj Sarkisyanın Nikol Paşinyana asanlıqla məğlub olacağı gözlənilmirdi. Biz bunu 1 mayda parlamentdə keçirilən baş nazirliyə seçilməsini səsə qoyulanda gördük. Respublikaçılar partiyası Nikol Paşinyanın baş nazir seçilməsinə imkan vermədilər və Kremlin göstərişinə əməl etdilər. Qeyd edim ki, Moskvadan bir qrup depudatların İrəvana gəlməsi respublikaçılar partiyasına dəstək idi. Aydın göründü ki, Moskva Paşinyanın baş nazirliyə gəlişini məqbul hesab etmir. 8 mayda növbəti dəfə parlamentdə baş nazir seçilməsi nəzərdə tutulur. Nikol Paşinyan növbəti dəfə baş nazirliə namizədliyini verəcək. Respublikaçılar mane olmayacaqlarını və namizəd irəli sürməyəcəklərini qeyd edib. Əgər, 35 depudat Paşinyanı dəstəkləsə bunlarda dəstəkləyəcəklərini vurğuladı. Hesab edirəm ki, hakmiyyətin Qarabağdan ordu birləşmələrini İrəvana gətirməsi öz hakmiyyətlərini qorumağa hesablanıb. Amma xalq artıq ayaqdadı. 8 maya kimi Sarkisyanın revanş götürməsi müəmmalıdı. Artıq İrəvanda hakmiyyət uğrunda mübarizə gedir. Paşinyan xalq kütləsinə Sarkisyan isə ordu və Kremlə arxalanır. Amma ordu istənilən situasiyada xalqın tərəfinə keçə bilər. Hesab edirəm ki, 8 may Ermənistan üçün həlledici gün olacaq. Sarkisyan partiyasının hakmiyyətdə güc təzyiqi ilə qalması prosesləri daha da alovlandırar. Amma bunlar yendə Paşinyana səs verməməyə və hakmiyyətə ona ötürməməkdə israrlıdırlar”.
Vilayət Muxtar
Cebhe.info