Cənubi Koreyadan olan jurnalistlər Şimali Koreya lideri Kim Çen Inın xarici görünüşü ilə bağlı maraqlı müşahidələr aparıb.
Cebhe.info xəbər verir ki, bu barədə “The Washington Post " yazıb.
Nəşrin yazdığına görə, iki ölkə liderinin olduqca vacib görüşü maraqlı detallarla yadda qalıb. Bir neçə mətbuat orqanının təmsilçisi həm də diktatorun xarici görünüşünü diqqətdə saxlayıb. Bir jurnalist onun boyunu bilmək istəyib. Çünki Cənubi Koreyada çoxdan belə bir şayiələr gəzirdi ki, lider öz həqiqi boyunu gizlədir.
Müşahidələr göstərib ki, deyilənlərdə həqiqət payı var. Belə ki, Kim Çen Inın ayaqqabları onu daha hündür göstərmək üçün xususi olaraq seçilib. Beləliklə, mütəxəssislər onun boyunun 162, 5 sanimetr olduğunu bildirib. Bu isə göstərilən rəqəmdən azı 8 sm azdır. Beləliklə, Kim Çen Inın ayaqqabılarının sirri çözülmüş olub. Şimali Koreya lideri həmişə ayaqqabılarını onun üçün xüsusi tikilən şalvarların balağı ilə gizlədir.
Xəzər
Cebhe.info